Ekologiya və Təbii Sərvətlər naziri cənab Muxtar Babayevin 03.09.2018-ci il tarixli əmrinə əsasən, Göygöl Milli Parkında elmi işçi vəzifəsində çalışan, Xocalı rayon Kosalar kənd sakini Quliyev Fuad Bəyməmməd oğlu 03.09.2018-ci ci il tarixdən Göygöl Milli Parkının elmi işlər, ekoloji maarifləndirmə və turizm üzrə direktor müavini vəzifəsinə təyin edilib. Bacarıqlı və məsuliyyətli Fuad Quliyev təbiət həvəskarı, yenilikçi ekologiya işçisidir. Fuad Quliyev elmi işçi vəzifəsində öz potensialını müsbət tərəfdən göstərə bilmişdir. Məhz bu amillər nəzərə alınaraq gənc kadr vəzifədə irəli çəkilmişdir. İnanırıq ki, Fuad Quliyev cənab nazir Muxtar Babayevin ona olan etimadını doğruldacaqdır.
Fuad Quliyevi təbrik edir, yeni işində uğurlar arzulayırıq.